Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanda olarkən müğənni İlhamə Qasımovanın ifa etdiyi "Ey Vətən" mahnısını dinləyib.
İlhamə Qasımova Teleqraf.com-a açıqlamasında təəssüratlarını dilə gətirib:
"Heç bir sözlə ifadə edə bilməyəcək qədər həyacanlıyam. Mənim üçün çox böyük şərəfdir və qürurverici bir andır. 28 ildir ki işğal altında olan torpaqlarımız şükürlər olsun ki, Ordumuzun və Ali Baş Komandanımız Prezident İlham Əliyevin sayəsində işğaldan azad edildi. İllərdir həsrətində olduğumuz torpaqlarımıza nəhayət ki, qayıtdıq. Qarabağı bizə, bizi də Qarabağa qaytardıqlarına görə, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. Birinci xanımımız vitse-prezident Mehriban xanım Əliyevaya da minnətdarlığımı bildirirəm. Onun qayğısı hər zaman şəhid ailələrinin və qazilərin üzərindədir. Eyni zamanda Azərbaycan radiosuna təşəkkür etmək istəyirəm. Çox sağ olun ki, radio dalğalarında "Ey Vətən" mahnımı səsləndirirsiniz. Bu mahnı 2006-2007-ci illərdə ərsəyə gələrkən böyük arzum olub ki, inşallah torpaqlarımız işğaldan azad olunanda orada konsert proqramı ilə "Ey Vətən"i səsləndirim. Və dünən birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Qarabağın gözəl güşələrini çəkərkən fonda radioda mənim mahnımın səslənməsi ilə illər öncəki böyük arzumun reallaşdığına bir daha şahid oldum. Mən "Ey Vətən"i Qarabağda oxumuş oldum. Əziz Qarabağ, Ey Vətən, sən azadsan. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".