23 Oktyabr 2021 13:03
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Yusif Mustafayev xalq artisti Canəli Əkbərovun vida mərasiminə qatılıb.

Yusif Mustafayev Teleqraf.com-a açıqlamasında xalq artisti haqqında bu sözləri deyib: "Bir-birimizin yanında olmalıyıq. Allah Canəli Əkbərova rəhmət etsin. Valideynlərim rəhmətə gedəndə Cəlilabad rayonuna gəldi, o, bizim ağsaqqalımız və ustadımız olub. Həyatda əsl Həci olub, haqqın yolu ilə gedib. Biz onun getdiyi yolu davam etməliyik. Ölümünü gecə eşitdim. Rəhmətlik Baloğlan Əşrəfov ilə xəstəxanada onu ziyarət etmişdik. Son zamanlar səhhəti pisləşdi, evinə pandemiyaya görə gedə bilmədik. Mütəmadi olaraq qardaşı ilə əlaqə saxlayırdım. Canəli müəllim oğlunun ölümündən sonra səhhəti pis oldu. Valideynə bundan böyük dərd ola bilməz. O, həyatda hamıya nümunə idi".


Müəllif: Rəqsanə Həsənova