23 Oktyabr 2021 13:30
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Canəli Əkbərovun qardaşı Tərlan Əkbərov onun son sözünü açıqlayıb.

Tərlan Əkbərov Teleqraf.com-a açıqlamasında deyib ki, Canəli Əkbərov Şuşaya getməyi arzulayıb: "Dünya söhrətli Canəli Əkbərov ötən gecə dünyasını dəyişdi. O, sənətdə hər zaman düzgün muğam ifa etməyin tərəfdarı olub və sağlam mübarizə aparıb. Həmişə dövlətim mədəniyyət siyasətini dəstəkləyib. Onun vəfatı ilə muğam sənətinin möhtəşəm sütunlarından biri çökdü. Bu gün Azərbaycan xalqı böyük sənətkarını, ailəsi isə ağsaqqalını itirdi.Beyin insultu ilə əlaqədar müalicə olunurdu. Ölkəmizin Birinci xanımı Mehriban Əliyevanı şəxsi göstərişi ilə ailəsi ilə mütəmadi əlaqə saxlanılırdı. Son sözü o idi ki, Azərbaycanın fəxarətli günləridir. Gözəl Qarabağımız azad edildi, Şuşaya getmək istəyirdi. Deyirdi ki, səsim İsa bulağında, o yaylaqlarda qalıb. Xan Şuşinskinin vaxtında tez-tez Şuşaya gedirdi. Həyatda dürüst və təmiz insan idi. Sənət adamlarının böyük əksəriyyəti onu ziyarət edirdi".


Müəllif: Rəqsanə Həsənova