23 Oktyabr 16:40
1 344

Müğənni Vasif Məhərrəmli ATV-də yayımlanan "Zaurla günaydın" verilişinə qatıla bilməyib.

Teleqraf.com xəbər verir ki, buna səbəb Vasif Məhərrəmlinin səhgətindəki problem olub.

Müğənni İnstaqramda canlı yayım açaraq məlumat verib: Yüngül problemim var idi, amma biləsiniz ki, hər şey yaxşıdır. Təzyiq problemim var idi, o da keçib getdi. Narahat olan dostlarıma çox sağ ol deyirəm. Sevinənlərə üzümü tutub deyirəm ki, belə şeylərə sevinmək olmaz, ayıbdır. Çünki həyat bumeranqdır. Kiminsə pis xəbərini eşidib sevinirsənsə başına gələcək. Belə şeylər etməyin. Məndə hər şey əladır".


Müəllif: Rəqsanə Həsənova