25 Oktyabr 12:25
1 559

Müğənni Sevda Yahyayevanın bu gün məkanların birində toy mərasimidir.

Teleqraf.com xəbər verir ki, Sevda Yahyayeva İnstaqramda toy dəvətnaməsinin fotosunu paylaşaraq "25 oktyabr toy günümüzdür. Allah arzusunda olan bütün qızlara gəlinlik qismət etsin", - deyə qeyd edib.

Sevda Yahyayeva həkim Zakir Bayramovla rəsmi nikah bağlayıb. Cütlüyün toy mərasimi pandemiyaya görə təxirə düşmüşdü.


Müəllif: Rəqsanə Həsənova