25 Oktyabr 2021 13:12
5 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə Azərbaycanı tərk etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com-un xəbərinə görə, Moskvaya gedən Nadir Qafarzadə İnstaqramda video paylaşaraq açıqlama verib: "Mən Azərbaycansız yaşaya bilmərəm. Nəsil-köküm ora bağlıdır, istəsəm belə gedə bilmərəm. 51 yaşım olacaq, heç yerə getmirəm. İnşallah ailəmə, vətənimə qayıdacam. Vətənimi çox sevirəm. Orada ata-anamın məzarı var".

Müğənni özü haqqında keçmiş videolarını paylaşan İnstaqram səhifələrini hədələyib: "Haqqımda mənfi rəy yazanlar, arxivi qurdalayıb paylaşanlar, bilirsiniz ki, qanuni yolla səhifənizi bağlatdıracam. Məni mərdiməzar etməyin! Pis adam olmağa məcbur qoymayın. Yadıma gəlmir ki, kiməsə pislik etmişəm. Oğlumun yanına gəlmişəm, bir-iki günə qayıdacam".

Qeyd edək ki, Nadir Qafarzadənin Rusiyaya gedərkən hava limanından foto paylaşaraq "Hava limanından sonuncu əlvida, çox uzaqlara uçub getdim", - deyə qeyd etməsi bu iddialara səbəb olmuşdu. Müğənni son zamanlar fəxri ad ala bilməməsinə görə şikayət edib.


Müəllif: Rəqsanə Həsənova