25 Oktyabr 2021 17:33
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Çingiz Mustafayev kişi-qadın münasibətlərindən danışıb.

Teleqraf.com xəbər verir ki, İnstaqramda video paylaşan müğənni şəxsi həyatından da söz açıb:

"Mən də hər kəs kimi müəyyən hisslər yaşamışam, sevmişəm, sevilmişəm. Çox şükür, bunu ən gözəl şəkildə yaşamışam. Təbii, geriyə qayıtmaq şansım olsaydı, hər şeyi başqa cür edərdim, amma bu mənim üçün dərsdi. Cütlüklərin 90 faizində problem olub. Bu özünü sevməmək və sevgi dilənməklə bağlıdır. Qadın da, kişi də sevgi dilənir, niyə gec yazdın, gec gəldin, məni sevmirsən, vaxt ayırmırsan və sair. Daim bir gözlənti var. Bu da o deməkdir ki, sən daima dilənirsən.

Sənin sevgiyə ehtiyacın var. Çünki daxilində sevgi yoxdur. Sevgi olsaydı, sən o sevgini hər yerdə görərdin. Əsl sevgi var, bu isə iki özünü sevən insanlar bir araya gələndə olur. Məsələn, istəmirəm ki, məni üzsünlər, aldatsınlar. Ona görə də başqasını aldatmıram, incitmirəm.

Açıq danışacam, subayam. Xanımlarla münasibət quranda görüşürük, onlar öz keçmiş münasibətlərindən danışırlar. Mən şoka düşürəm. Əl qaldırmaq məsələsi elə bir ana gəlib ki, heç kim təəccüblənmir. Bu sıradan bir hala çevrilib. Mən çox məyus oluram.

Qadınlara demişdim ki, kişilərə aldanmayın, amma bu, bütün kişilərə aid deyil. Qadınları aşırı dərəcədə çox üzürlər. Qadınlara son vaxtlar daha çox dəyər verməyə başlamışam. Bəlkə anam məni tək böyütdüyünə görə belədir".


Müəllif: Rəqsanə Həsənova