26 Oktyabr 2021 12:54
7 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı sosil şəbəkədə paylaşımı ilə təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı dostlarından şikayət edib:

"26 illik bir yol hekayəm var. İllərdir getdiyim yollarda kimlərlə qarşılaşdım, kimləri tanıdım, kimlərdən zərbə aldım... Kimə dost dedim, ilk xəncəri o, vurdu... Kiminin göz yaşına inandım, ilk aldadan o, oldu.

Bu yollarda aldığım yaralarla addımladım, yıxıldım, qalxdım, amma sonda yenə ayaqda durmağı bacardım. Mən o yaralarla addımlayanda heç xəyalımdan əl çəkmədim.

Xəyallarınızdan əl çəkməyin, yolunuza daşlar da atılacaq, dost simalı düşmənlər də çıxacaq. Onlara fikir vermədən addımlayın".


Müəllif: Rəqsanə Həsənova