27 Oktyabr 2021 16:09
2 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Zülfiyyə İbadovanın Azad Azərbaycan kanalında "Bir dəqiqə" verilişindəki anonsu səs-küyə səbəb olub.

Teleqraf.com xəvər verir ki, kanalda yayımlanan "Bir ailənin dağılmasına səbəb olan Aşıq Zülfiyyə: "Utanıram..." başlıqlı anons və kəsilən süjetlər aşığı özündən çıxarıb.

O, sosial şəbəkədə canlı yayım açaraq deyib ki, süjetə baxanda şok yaşayıb: "Anons sizi çaşdırmasın. Sanki kiminsə ailəsini dağıtmışam. Allah bizi elə dərlərdən qorusun. Verilişdə dərddən söz düşəndə dedim ki, "elə dərdlər var ki, öz dərdimdən utanıram". Orada isə anamın və şəhidlərimizin görüntüləri nümayiş edilirdi. Məni ağladan da odur. Xahiş edirəm ki, bu sizi çaşdırmasın".

Şairə Nazilə Səfərli də Aşıq Zülfiyyənin müdafiəsinə qalxıb: "Aşıq Zülfiyyəni ucuz mövzularsa xərcləmək olmaz. Xahiş edirəm ki, diqqətli olaq".

Qeyd edək ki, veriliş bu gün saat axşam 22:30-da yayımlanacaq.


Müəllif: Rəqsanə Həsənova