28 Oktyabr 12:24
2 328

Xalq artisti Miri Yusif məkanların birində ailə üzvləri ilə doğum gününü qeyd edib.

Teleqraf.com xəbər verir ki, Miri Yusif kiçik oğlu ilə doğum gününü birlikdə keçirib:

"44 rəqəmi daim möhtəşəm qələbimizin rəmzi olaraq ağlımızda qalacaq. Məhz bu səbəbdən yeni yaşımın 44 olması ad günümə əlavə mənəvi dəyər qatır. Eyni zamanda ailəmizin sonbeşiyi, oğlum Mircahidin də 4 yaşı tamam olur. Özümə, sizlərə, bütün dəyər verdiyimiz insanlara qələbə, mehribançılıq dolu ömür arzu edirəm!".

Qeyd edək ki, Miri Yusif Nərgiz Mirbabayeva ilə evlidir. Cütlüyün üç övladı var.


Müəllif: Rəqsanə Həsənova