14 Noyabr 2014 09:59
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud aktrisası Cennifer Eniston “Harper’s Bazaar” jurnalı üçün fotosessiya etdirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa Bred Pittlə evliliyindən sonrakı həyatı və yeni sevgilisi Castin Teru ilə münasibətlərindən danışıb:

“Mən özümü 40 yaşımdan sonra daha xoşbəxt hiss etməyə başladım: həm emosional, həm də mənəvi cəhətdən. İndi özümə, dostlarıma və ailəmə daha çox vaxt ayırıram. Keçmiş, elə bil ki, heç olmayıb, Castinə qarşı dərin sevgim var. O təkcə komediya aktyoru deyil, həm də yaxşı ssenari müəllifidir. Onda ən çox bəyəndiyim cəhət bir çox işin öhdəsindən bacarıqla gəlməsi, təvazökarlığıdır. Həyatım boyu rast gəldiyim ən mədəni insandır”.

Akrtisanın sözlərinə görə, keçmiş əri ona ağır günlər yaşatsa da, o artıq Bred Pitti bağışlayıb.

Teleqraf.com fotosessiyanı təqdim edir:

Rüstəm


Müəllif: