Türkiyəli aparıcı Fulya Öztürk Teleqraf.com-un suallarını cavablandırıb.
Qısa müsahibəni təqdim edirik.
- "CNN Türk"dən ayrıldınız, FOX TV-də "Umudun olsun" adlı verilişin aparıcısınız. Hərbi müxbirlikdən aparıcılıq sahəsinə keçdiniz...
- Müxbirlik daha çox ürəyimə yatır. Küçələrdə, məkanlarda çəkiliş etmək üçün darıxıram. Yenə də arada çəkilişə gedirəm. Hazırda işim studiyaya bağlıdır. Amma xoşbəxtəmmi?! Səmimi hisslərimi deyim, çox fərqlidir. Mən 15 ilimi müharibə baş verən ərazilərdə, küçələrdə keçirmişəm...
- Aparıcılıqda hər hansı çətinliklər varmı?
- Aparıcı kimi fəaliyyətə başlayanda ilk vaxtlar çox çətinlik çəkirdim, hansı kameraya baxacam, hardayam və sair. Hazırda bir az alışmağa başlayıram. Amma qəlbimə yatan çəkilişlərə getməkdir.
- Nə zamansa Azərbaycan mediasında çalışmaq istəyərsinizmi? Məsələ, Şuşa TV açılsa fəaliyyət göstərərsiniz?
- Şuşa TV açılsa, böyük məmuniyyətlə çalışmaq istəyərəm. Dəvət etsinlər, gəlim.