Aktrisa Pərvin Abıyeva MTV Azərbaycan kanalında qonaq olub.
Teleqraf.com xəbər verir ki, aktrisa şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib:
"Məqsəd bütün qadınlarda eynidir. Ailəni xoşbəxt olmaq üçün qururam, dağılması üçün deyil. Bütün ailələrdə pulsuzluq müəyyən vaxtdan sonra problemə gətirib çıxarır. Mən öz ailəmdə bu problemi yaşamaq istəmirəm. Kimsə istəyirsə, buyursun, yaşasın. Mən yaşamaq istəmirəm.
Mən xoşbəxtlik, uşaqlarımı gözəl şəraitdə böyütmək, yaxşı məktəblərdə oxutmaq üçün ailə qururam. Belə də istəyirəm. Buna kim etiraz edə bilər?"