Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva kimyaterapiyanı dayandırıb.
Aktrisa Teleqraf.com-a açıqlamasında bunu ayağında əmələ gələn trombla əlaqələndirib:
"Ayağımda tromb əmələ gəlib, ona görə kimyaterapiyanı dayandırmışam. Tromb müalicə olunmamış kimyaterapiya ala bilmirəm. Analizin nəticəsinə görə, ağ ciyərimdə və belimdə olan törəmələr yerində qalıb. 4 kimyaterapiya almışam, 8 kimyaterapiya qalıb. Ayağımdakı problem həll edildikdən sonra kimyaterapiyaya davam edəcəm".
Qeyd edək ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alır.