Dünən Bakıda torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan konsert proqramı baş tutub.
Teleqraf.com xəbər verir ki, Dənizkənarı Milli Parkda keçirilən musiqili gecənin əsas qonağı xalq artisti Röya Ayxan olub.
Sənətçi səhnədə musiqisi Cabir İmanov, sözləri İkram Əliyevə aid “Qələbə” adlı yeni mahnısı daxil olmaqla həm vətənpərvər, həm də hitə çevirilən musiqilərini səsləndirib.
Tədbirin sonunda Röya Ayxan qazilərlə söhbətləşərək fotolar çəkdirib. İzdihamlı keçən konsertdə görüntüləri Nuran Məmmədov lentə alıb.