"Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov Teleqraf.com-a xalq artisti Alim Qasımovla qohum olmasından danışıb.
Natiq Şirinovla qısa müsahibəni təqdim edirik.
- Oğlunuz Ümid Şirinov Alim Qasımovun nəvəsi Fatimə ilə nişanlandı. Qohumluq əlaqəsi necə baş tutdu?
- Bu qismətdir, hər şey Allahdandır. Əsas odur ki, gənclərin münasibəti sevgi üzərində qurulub.
- Gənclər özləri tanış olmuşdular, yoxsa izdivac ailələrin məsləhəti ilə baş tutdu?
- Xeyr, bu iki gəncin münasibəti sevgi üzərində qurulub. Sevgiyə də müdaxilə etmək olmaz. Bu, böyük bir sevgidir. Biz də qapını sevgiyə görə döydük. Sağ olsunlar, razılıq verdilər.
- Nişan mərasimi nə vaxt oldu?
- Bir neçə gün öncə ev şəraitində nişan mərasimi keçirdik.
- Neçə dəfə elçi getdiniz?
- Bu məsələlərə toxunmayaq. Əsas odur, sevgi var, razılıq var...
- Toy mərasimi nə vaxtdır?
- Dəqiq tarix məlum deyil, ona görə açıqlaya bilmirik.