10 Noyabr 2021 16:35
3 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abıyeva İnstaqramda şəbəkə istifadəçilərinin suallarını cavanlandırıb.

Teleqraf.com Pərvin Abıyeva ilə qısa müsahibəni təqdim edir.

- Qəlbinizdə hələ də unutmadığınız biri varmı?

- Xeyr, gələn gedəni unutdurur.

- Sizə xəyanət ediblər?

- Bütün kişilər xəyanət edir. Gec, ya tez mütləq xəyanət edirlər.

- Kiməsə paxıllıq etmisiniz?

- Heç vaxt paxıllıq hissim olmayıb. O söz mənə çox uzaqdı.

- Kiməsə "əlvida" demisiniz?

- Çox olub.

- Məğlub olmusunuzmu?

- Nə yıxıldığımı, nə də göz yaşlarımı göstərmirəm.

- Ədalətsizlik etmisiniz?

- Heç vaxt heç kimə qarşı ədalətsizlik etməmişəm. Ədalət tərəzim vicdanımdır.

- Hönkür-hönkür ağladığınız vaxt olub?

- Göz yaşı insana çox şeyi göstərir, öz dəyərini anlayırsan. Bəzən səni yatdığın dərin yuxudan ayıldır. O göz yaşı axmayana qədər anlaya bilməzsən.

- Kasıb vaxtlarınız olub?

- Olub, indi də varlı deyiləm.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər