Müğənni Manaf Ağayev həmkarı Səyyad Əlizadənin məzarını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, o, Səyyad Əlizadənin məzarından görüntüləri İnstaqram hesabında paylaşıb.
"Səyyad Əlizadənin dəfnində iştirak edə bilməsəm də, 40 mərasimi ilə bağlı məzarını ziyarət etməyi özümə borc bildim. Allah rəhmət etsin", - deyə vurğulayıb.
Qeyd edək ki, Səyyad Əlizadə koronavirusdan dünyasını dəyişib.