14 Noyabr 2021 00:57
5 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son dönəmlər yaşananlara matım quruyub. Bəzi insanlar nə yeyib, hansı havanı udub? Bu təlatümlər, intiharlar və təcavüzlər nədir?! Körpələrin, qadınların amansızca öldürülməsinin günahını kimdə axtaraq?".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Damla İnstaqramda yazıb.

O, "İnsanların evinin içinə qədər girib həyatını müzakirə edəcək boş vaxtı haradan tapırsınız? Tanımadığınız, bilmədiyiniz insanların yataq otağına, yorğanının altına qədər müzakirə edirsiniz. Şantajlar, iyrənc söyüşlər, davalar sosial mediamızın gündəmini zəbt edib. Buna marağınız nədir?

Cəlil Məmmədquluzadənin sözü yadıma düşdü, "Dirisi ilə rus, ölüsü ilə ərəbcə danışan millətim!". Daxilinizdəki bu üsyanlar, nifrət nədir? Din savaşları, məntiqsiz dini yanaşmalar... Quranın bir səhifəsini belə oxumayanlar Qurandan sitat gətirmək gülünc deyilmi? Bu dəfə klipimdə intihar mövzusuna müraciət etmişik. Çünki son günlər intihar hadisəsi yoluxucu xəstəlik kimi çoxalıb. Psixoloji sarsıntı keçirənlərə, dərdlərinə çarə axtaranlara təəssüf ki, dəlinin yadına daş salmaq kimi effekt yaradır. Həyat gözəldir, çətinlikləri, əziyyəti ilə yaşamağa dəyər. Ölüm çarə deyil. Ölüm çıxış yolu deyil. Həyatı sevin!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər