15 Noyabr 2021 15:52
6 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu Azad Azərbaycan televiziyasında həyat yoldaşı Hacı Ramildən danışıb.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu həyat yoldaşının xarakteri haqqında bu sözləri deyib:

"Onun ciddiliyini, əsl kişi kimi davranışlarını çox sevmişəm. Onu hökmünə görə yox, susqunluğuna görə sevmişəm. Susqunluğunun səbəbini soruşuram, deyirəm ki, bir daha olmaz.

Düzdür, həyatda səhvsiz insan yoxdur. Amma kişi o deyil ki, yumruq vursun. Onun sözünün kəsəri və xanımın yanında hörməti-dəyəri olsun. Sevginin kölgəsində hörmət olmalıdır. Biz də dostluq edib, müzakirə etməyi bacarırıq. Amma ailə var ki, dostluq edə bilmirlər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər