15 Noyabr 2014 15:19
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” sosial şəbəkəsinin sahibi Mark Zukerberq həyat yoldaşı, tibb elmləri üzrə doktor Prisçilla Çanla tanış olmasının 11 illiyi münasibəti ilə romantik video-çarx hazırlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, video-çarxda Zukerberq xanımına ünvanladığı sözlər və fotoları yer alıb. O, paylaşdığı videoya bu sözləri qeyd edib:

“Düz 11 il əvvəl mən gözəl bir qızla tanış oldum. Prisçilla, çox sağ ol ki, mənim bu həyatda sevimli varlığımsan. Biz birlikdə böyüyür və inkişaf edirik”

Qeyd edək ki, Mark və Prisçilla 2003-cü ildə Harvard Universitetinin buraxılış gecəsində tanış olsalar da, münasibətlərini 2012-ci ildə rəsmiləşdiriblər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər