Tanınmış brendlərin siması olan dünyaca məşhur model Katerina Netolika evinin vanna otağında ölü tapılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı modellə birlikdə evdə saxladığı iki itinin də cəsədi olub.
"Loreal", "Prada" kimi brendlərin siması olan Netolikanın şübhəli ölümü ilə əlaqədar polis araşdırmaya başlayıb. Modelin cəsədini qardaşı tapıb. O, bacısının zənglərə cavab vermədiyini görüb, evin qapısını sındıraraq içəri daxil olub.
Katerinanın hokkey oyunçusu olan sevgilisi Jakub Petruzaleklə eyni mənzildə yaşadığı bildirilib. O, hazırda xaricdədir. Modelin dostlarının bəzisi onun uzun müddətdir depressiyada olduğunu və intihar etmək istədiyini deyiblər. Bəziləri isə Netolikanın çox pozitiv bir qız olduğunu iddia edib.
Teleqraf.com modelin fotolarını təqdim edir :
Rüstəm