Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ad çəkmədən kimlərinsə ünvanına söz atıb.
Teleqraf.com xəbər verir ki, o, İnstaqram səhifəsində bu sözləri qeyd edib: "Bu qadına görə nə qədər təkliflər aldım, amma pulları qəbul etmədim. Edə bilməzdim. Namuslu, ismətli bir Azərbaycan qadınını nəyəsə və kiməsə qurban verə bilməzdim.
Açığı Turanənin danışığına ilk vaxtlar inanmadım, çünki bir gənc qızın özündən 28 yaş böyük, atası yaşda evli bir kişi ilə eşq yaşaması mənə görə mümkünsüz! Bu fikirləri efirdə belə səsləndirmişəm, "Bu gözəllikdə gənc qızın yaşlı evli kişi ilə eşq yaşayacağına inanmıram" sözünə görə məhkəməyə verildim.
Sən demə, bu dediklərim "təhqir"miş. Amma Turanəni yalnız buraxmadım. O, nə qohumumdu, nə də bacım. Sadəcə namuslu bir Azərbaycan xanımıdır. Heç kimsə də puluna güvənməsin.
Ekspertizanın rəyinə təsir edəcək "dayday"lar bilməlidir ki, bir gün Turanənin başına gələnlər onların evindəki qadınların da başına gələ bilər. Əziz qadınlarımız, biz namuslu, abırlı bir Azərbaycan qadınını tək qoymamalıyıq".
Qeyd edək ki, Turanə adlı xanım həyat yoldaşının müğənni Aysel Əlizadə ilə sevgili olduğunu qeyd etmişdi.