Xalq artisti Brilliant Dadaşova ondan üzr istəyən bloggeri bağışlayıb.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova blogger Elvin Nəsib haqda bu sözləri qeyd edib:
"Gənclərimiz artıq həyatı bizdən çox anlayırlar. Onlar yaxşını pisdən ayıracaq qədər dünyanı daha aydın görürlər. Biz onların yaşında olarkən gözümüz bu qədər açıq deyildi. Bu cavan oğlanı ürəyimlə, qəlbimlə bağışladım, çünki o, məni yaxından tanımayıb. Mənim sözüm vaxtıyla mənimlə ünsiyyətdə olub, azdan-çoxdan yaxşılığım dəyən insancıqlaradır. Çirkin əməlləriniz yalnız özünüzə ziyan vurur. Buna əmin olun!".