18 Noyabr 2021 18:24
5 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Gülay Zeynallı Xəzər televiziyasında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Gülay Zeynallı aparıcının "Atanızla münasibətiniz niyə soyuq olub? sualına belə cavab verib:

"Atamı çox sevmişəm, hər zaman atası yanında olan övladlara həsəd aparmışam. Mən niyə atamın yanında böyümürəm?! Sadəcə belə bir hal var ki, Allahın yazdığı qisməti bəndə silə bilməz. Qismətlə razılaşıb, kənarda durmuşdum. Amma heç vaxt nə atama, nə anama, nə də bacılarıma pis olmamışam".

İfaçı Kamil Zeynallı ilə ayrı evlərdə yaşamasından da danışıb: "Anamın və Kamilin anasının evi var. Mənim də evim və bağım var. Bu gün Kamil yardımlarla bağlı orada da, burada da qalır".

İfaçı İnstaqramda Kamil Zeynallının onu izləməməsinə də münasibət bilirib: "O, artıq ulduzdur. Heç kimi izləmir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər