Baş rollarını “Qalatasaray”lı futbolçu Vesley Sneyderin həyat yoldaşı Yolante Kabau ilə Mehmet Əli Ərbilin bölüşdüyü "Polis Akademiyası Alaturka"nın çəkilişləri davam edir.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmdə Kabau kikboksinq müəllimi rolunu canlandırır. Ərbil isə həddindən artıq intizama meylli müdir müavini Beton Haşmet olaraq tamaşaçıların qarşısına çıxacaq.
Film yanvarın 30-da yayımlanmağa başlayacaq.
Ssenarisini Kamal Kenan Ergenin yazdığı, Əli Yorgancıoğlunun idarə etdiyi filmdə, Kabau və Ərbildən başqa Peker Açıkalın, Sümer Tilmaç, Perihan Erener, Sinan Bengier, Zaza Ende və Fulden Akyürek də rol alır.
Teleqraf.com çəkilişdən olan bəzi fotoları təqdim edir:
Rüstəm