22 Noyabr 2021 13:51
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı ARB televiziyasında "Səni axtarıram" verilişi ilə bu gün efirə çıxır.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqramda bu sözləri qeyd edib:

"16:00-dan 19:00-dək ARB-də bizi izləyəcəksiniz. Yeni bir məkan, yeni studiya, yeni işçilər...Yəni, hər şey yenidən başlayır. Yenilikləri, yeni başlanğıcları sevirəm, çətin olsa da. Əsas odur ki, hədəfdə çaşmayasan. Aydındır, bu yolda qarşımıza daş-kəsək atanlar olacaq, olsun. Birinci dəfə deyil. Nə tufanlar gördüm. Əlindən tutub, quyudan çıxardıqlarımdan aldığım zərbələrdən tutmuş, dost dediklərimin mənə qarşı cızdığı sinsi planlara qədər... Yəni ki, yağışa düşmüşün yağmurdan nə qorxusu. Nə savaşlar verdim.

Maraqlısı odur ki, hər zaman deyirlər, qadının düşməni qadındı, amma belə görmədim. Mənim savaşdıqlarımın, yoluma daş atanların 99 faizi bəzi kişilər oldu. Savaşlarda bu qadın "sponsorsuz", "daydaysız" qalib çıxdı. Qısası, çətinliklərdən qorxmadan bir yola çıxırıq. İnanıram ki, vicdanlı, özü, sözü bütöv, sevgi dolu, intriqalardan uzaq, işini şəxsi mənafelərindən uzaq tutan hər kəs bu çətin işdə bizə dəstək verəcək".








Müəllif: Rəqsanə Həsənova