Müğənni Nadir Qafarzadə rəqqasə Fatimə Fətəliyeva ilə küsülülüyə son qoyub.
Teleqraf.com xəbər verir ki, Fatimə Fətəliyevanı oğlunun toyuna dəvət etməyəcəyini deyən Nadir Qafarzadə fikrindən daşınıb.
Bu haqda sosial şəbəkədə Fatimə Fətəliyeva məlumat verib: "Bizim aramızı vura bilməzlər. Biz 20 ilin dostlarıyıq və kimisə sevindirə bilmərik. Nadirin də ürəyini onu tanıyanlar bilir, ürəyində pis heç nə yoxdur. Əsas odur ki, Allah bizi balalarımızdan sevindirsin, onların xoş günündə barışıqlar olsun. Çox sağ ol dəvətin üçün, sevə-sevə iştirak edəcəm".
Qeyd edək ki, Nadir Qafarzadə Fatimə Fətəliyevanı oğlu Loğmanın dekabrın 20-də baş tutacaq toy mərasimin dəvət etməyəcəyini demişdi.