29 Noyabr 2021 17:16
2 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel haqqında etirafları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Günay Musayeva "İkinci sayfa" verilişində şəxsi həyatından danışıb:

"Tolqa ilə münasibətimiz çox keçmişdə qaldı, dostlarımla belə bu haqda danışmıram. Ondan da heç nə gözləmirəm. Oğlum Cahangirin 9 yaşı var və bu barədə onunla heç vaxt danışmamışıq. Heç zaman atasını soruşmayıb. Mən Parisə, oradan da Moskvaya getmişdim. Ona nənəsi baxırdı. Atası ilə bağlı bir məsələ olub. Hətta Tolqaya mesaj göndərdim, danışmaq istədim. Anam ağlayaraq mənə dedi ki, uşaqlar oğlumdan soruşub ki, atan haradadır? O da cavab verib ki, buludların üzərində gülümsəyir.

Tolqaya qarşı əsəbi deyiləm. Anam xahiş etdi ki, oğlum atası ilə danışsın. Tək istəyim budur ki, ayda bir dəfə də olsa oğluna zəng edib, soruşsun ki, yaxşısanmı? Oğlumun xoşbəxtliyi mənim üçüm çox önəmlidir. Bilsin ki, atası yaşayır. Ondan heç nə gözləmirik. Onun dağ kimi anası var. Cahangir atasının ölmüş bilir".

Model Tolqa Karelin valideynlərinin də Cahangiri görmədiyini vurğulayıb: "Valideynləri Türkiyədədirlər. Nəvələrini görməyiblər, amma görməklərini istəyərəm. İstədikləri zaman gəlib görə bilərlər".

Qeyd edək ki, Tolqa Karel Günay Musayeva ilə evli olub. Cütlüyün bir oğlu var. Tolqa Karel hazırda Amerikada yaşayır və orada ikinci dəfə evlənib. “Kamaz” markalı yük maşınında sürücülük edir.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər