17 Noyabr 2014 07:24
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin Bursa şəhərində yerli AS TV-də idman xəbərlərinin aparıcısı olan Yeşim Öci gəlin paltarında efirə çıxıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nikah mərasiminin ardınca canlı yayıma çıxan xanım aparıcı idman xəbərlərini elə gəlin paltarında təqdim edib.
Çox həyəcanlı olduğunu deyən Yeşim Öci bildirib ki, aparıcısı olduğu "İdman dünyası" proqramı cümə günləri efirə çıxır və bu bu həftə toy gününə təsadüf etdiyi üçün verilişi toyun keçirildiyi zaldan təqdim etməyə qərar verib.


Müəllif: