3 Dekabr 2021 14:56
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Lalə Məmmədova “Bir məktub yaz” adlı yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sözləri Rüstəm Behrudiyə, musiqisi Nadir Əzimova aid mahnını Delee ekranlaşdırıb.

Klip üçün sənətçinin görüntüsündə dəyişiklik edilib. “Bir məktub yaz”da hadisələr bir evin içində cərəyan edir. Lalə Məmmədova klipdə tənha bir qadını canlandırır. Onun kamera qarşısına gecə paltarında çıxması da diqqət çəkir.

Qeyd edək ki, klipin ideyası və obraz stilist Elnur Həsənov tərəfindən hazırlanıb.


Müəllif: Teleqraf.com