4 Dekabr 2021 20:50
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən Müharibəsi dövründə fəaliyyəti ilə Azərbaycanda da məşhurlaşan türkiyəli aparıcı Fulya Öztürkün ikinci dəfə koronavirusa yoluxduğu məlum olub.

Teleqraf.com xəbər verir ki, Fulya Öztürkün aparıcılıq etdiyi Fox TV-də "Umudun olsun" verilişindən sonra səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Aparıcının səhhətinin stabil olduğu bildirilib.

Verilişə Fulya Öztürkün yerinə psixoloq Esra Ezmeci aparıcılıq edib.

Qeyd edək ki, F.Öztürk Vətən müharibəsinin ilk günündən son gününədək cəbhə bölgəsində olub. Türkiyəyə qayıdandan sonra COVID-19-a yoluxmuşdu.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər