17 Noyabr 2014 13:40
2 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ibtidai məktəbdə 4 oğlan digər oğlan şagirdə təcavüz edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəni təcavüzdə iştirak edən şagirdlərdən biri telefonla qeydə alıb. 4 şagird birləşərək 12 yaşlı sinif yoldaşlarına məktəb binasında təcavüz ediblər.

Valideynlər uşaqlarının kədərli və solğun olmasından şübhələnib müəllimləri və yoldaşlarıyla əlaqə yaradıblar. Onlar heç bir hadisənin baş vermədiyini bildiriblər.

Skandal hadisədən bir neçə gün sonra müəllimin 4 nəfərlik şagird qrupundan şübhələnməsi ilə ortaya çıxıb. O, şagirdlərin telefonda nəsə izlədiklərinin fərqinə varıb. Şagirdlərin əlindən telefonu alan müəllim qan donduran təcavüz görüntüləri ilə qarşılaşıb.

Müəllim hadisə ilə bağlı polisə məlumat verib. Polis hadisə ilə bağlı araşdıramalara başlayıb.

Rüstəm


Müəllif: