8 Dekabr 2021 13:37
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İlhamə Qasımova MTV Azərbaycan kanalında "Üzə-düz" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, İlhamə Qasımova həmkarlarını tənqid edib: "Sərhədsiz yaşamaq istəyirsənsə, yaşa, amma bu, gizli olmalıdır. Bəzi məşhurlar hər şeyi açıb, bayağı şəkildə göstərirlər, bunu sevmirəm. Mənə heç kimin şəxsi həyatı maraqlı deyil. Qalmaqal yaratmaq üçün bir-birinin həyatı barədə nələrsə deyirlər. Bütün bunlar sənətçini çox ucuzlaşdırır. Müğənni yaxşı mənada əlçatmaz olmalıdır. Onların ardınca gedən ifaçılar örnək götürməlidirlər.

Heç kim “Müqəddəs Məryəm” deyil. Sən hər nəsənsə bunu özündə saxla, başqasına ehtiyac yoxdur. Hər insanın öz problemi özünə bəsdir. Mənə maraqlı deyil kimin həyatında nə baş verir. Niyə mənim həyatım başqasına maraqlı olmalıdır axı?!"

İfaçı "Avroviziya" təmsilçilərimizdən də danışıb: "Ən bəyəndiyim Fərid Məmmədovun “Hold me” ifası idi. Samirə Əfəndi 17-ci yerə layiq görülsə də ifasını bəyənmişdim. Rahat performans idi, geyimi müzakirə olundu. Əgər səhnədə onun ifasına uyğun gəlirsə, bizim qarışmağa ixtiyarımız yoxdur. Ona qalsa, gərək oxumayaq. Müğənninin rejissoru, stilisti deyirsə, bu belə olmalıdır. Bədəni o geyimə icazə verirsə...

Mənim kimi 46 bədən ölçü geyinən adam gedib “body” ilə çıxış etməz axı. Samira Əfəndi çox gözəl bədən quruluşuna malikdir. Gözəl səsi var, gözəl xanımdır. Geyimi də mahnıya uyğun idi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər