17 Noyabr 2014 15:21
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzeyir Mehdizadənin prodüseri Samir Xattab sərt çıxış edib. O Üzeyir Mehdizadənin adının yerli-yersiz verilişlərdə səslənməsindən narahatlığını dilə gətirib.

Teleqraf.com prodüserin sosial şəbəkədə səsləndirdiyi fikirləri olduğu kimi təqdim edir:

“Ciddi və ya zarafatcıl verilişlərin hamısına xəbərdarlıq: Üzeyir Mehdizadənin sizinlə zarafatı yoxdur ki, adını çəkib zarafat edəsiniz və ya reytinqsiz verilişlərinizin reytinqini qaldırasınız. Hünəriniz çatırsa gəlin üzbəüz edin o zarafatınızı. Özünüzü yığışdırın ki, sonra da üzr istəmək vəziyyətinə çatmayasınız !!! Biz zarafatı anlayırıq amma çərçivəsində”.

Produser onu da qeyd edib ki, bir çox zarafatları Üzeyir özü efirdə görüb gülür lakin əksəriyyəti həddini aşır və öz tərbiyəsizliyini göstərir: “Unutmayın ki, Üzeyir də sizinlə eyni millətdəndir və bəsdi paxıllıq etdiniz. Bizim heç kimlə işimiz yoxdur. Görünür onların məşğul olmağa işləri yoxdur”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər