9 Dekabr 2021 19:42
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük həyəcan, iradə, inam, ümid və sevgi ilə çıxdığım bu yolda hər zaman riskli addımlar ataraq fəaliyyətimi davam etdirdiyimi bəlkə də bilmirsiniz. Bu, çoxdan gözlənilən, amma atmağa ən çox çəkindyim addım idi. "Qorxularına qalib gəlmək üçün onun üzərinə basa-basa irəlilə" deyiblər. Elə də etdim".

Teleqraf.com xəbər verir ki, bu sözləri “Speys Səhər” verilişinin aparıcısı Fariz İlyas deyib.

“İllərin həsrəti” adlı mahnısına klip çəkdirmək üçün Ukraynanın paytaxtı Kiyevə gedən ulduz bu barədə təəssüratlarını sosial mediada bölüşüb: “Axı, yaşadığım hər yeni təcrübə əvvəlkindən çox fərqli olur. Hələ yolun başındayam və görünür, həyat məni arzularım uğrunda savaşmağı öyrətməyə davam edəcək. Danışacaq hekayələrim var, zamanı gələndə, söz açılanda danışacam. Hələlik bu hekayimi burda tamamlayıram”.

Fərqli obrazda dinləyicilərini sevindirməyə hazırlaşan Fariz İlyasov aparıcılıqla birlikdə karyerasını müğənni kimi davam etdirəcəyini bildirib.

O, klipinin yaxın günlərdə təqdim olunacağını elan edib: “Klipin rejissoru Ross Lanedir. Qrim üzərində dünya ulduzları üçün mürəkkəb obrazlar hazırlayan çox peşəkar “Mystix space” komandası çalışıb. Mahnının söz və musiqisi “Sheyh Ree” ləqəbli Şəhriyar Ramazanzadəyə aiddir. Klip “Netflix” filmlərinin çəkildiyi çox keyfiyyətli kamera ilə çəkilib. Çəkilişlər 2 gün 2 gecə mənfi beş dərəcə şaxtada baş tutub. Çox iddialı bir layihə ilə gəlirəm. Ən əsası odur ki, klip orijinal ideya üzərində qurulub”.

Aparıcı eyni zamanda sosial şəbəkədə geyim tərzi ilə bağlı ünvanına deyilən iradlara münasibət bildirib: “Geyimimdə tənqid ediləcək bir nüans görmürəm. Kifayət qədər səliqəli, zövqlü və xoş təəssürat oyadan geyimlər seçirəm. Tamaşaçılardan geyimlərimlə bağlı tərif mesajları almışam. Burda əsas məsələnin geyindiyim geyimlər olduğunu düşünmürəm. Sadəcə sataşıb “like” toplamaq, bir şəxsi ortaya müzakirə obyekti kimi atıb baltalatmaq məqsədi durur bu addımın arxasında. Müasir dildə desək, “hype” tutma ehtiyacı.

Bəzi insanlar öz fəaliyyətləri ilə heç nə əldə edə bilməyəndə parlayan simalara sataşmaqla gündəmə gəlməyə çalışırlar. Bu olayı da eynən belə qiymətləndirirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər