11 Dekabr 2021 14:34
2 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə Azad Azərbaycan Televiziyasındakı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, dekabrın 21-də məkanların birində oğlu Loğmana toy mərasimi etməyə hazırlaşan Nadir Qafarzadə bu sözləri deyib:

"Toy mərasiminə 150 nəfər qonaq dəvət etmişik. Toyda "Yeddi gözəl" baletindən Bəhramla yeddi gözəlin rəqsi olacaq. Həyat yoldaşım da deyir ki, sənin də o qədər qohum-əqrəban yoxdur, mənim də. Bacıma, bacım qızına demişəm ki, tək gəlin. Neynəyim?! Bilirəm ki, şou-biznes nümayəndələri gələcəklər və toyu rəngləndirəcəklər. Toyda oxumayacam, rəqs edəcəm. Mən narahat insanam. Gəlinimə demişəm k, mənə bir addım gəlsən, sənə on addım gələrəm. Evlənəndən sonra ayrı evə çıxacaqlar. Öz evləri var, hazırdır. Müstəqil yaşasınlar. Cavan gəlindi, evində rahat olsun. Bütün valideynlərə deyirəm ki, övladlarınızn işinə çox müdaxilə etməyin. Özləri küsüb barışacaqlar".

Qeyd edək ki, Nadir Qafarzadənin gəlini bankda çalışır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər