15 Dekabr 2021 15:58
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, bəstəkar Aygün Səmədzadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqram səhifəsində paylaşdığı fotoya bu sözləri qeyd edib: "Şəkil anında çəkilib. Mən bu şəkli şərhsiz təqdim etmək istəmədim. Həm də bu gün... Düz 25 il əvvəl 25 dekabrda... Yəni bu gün mahnılarım radioda səslənəndə mən də şükür etmişəm. Təhsilimin, zəhmətimin, müəllimlərimin əməyinin, inadımın hədər getmədiyinə...

Mənə o zaman çox böyük görünən balaca uğurlarımın böyüməsinə səbəb olanlara, sevənlərə, sevməyənlərə, yol göstərən və yolumu kəsməyə çalışanlara, sevindirənlərə və incidənlərə minnətdaram. Siz məni qoruyan mələklərin qanadlarını möhkəmləndirdiniz. Bəlkə tam başqa adam olacaqdım.

Çox mülayim, gülərüz, şirindil, verilənə, deyilənə qane olan, hamının yaxşı deyəcəyi, "baş üstə" və "can" kəlimələri dilindən düşməyən, "yox" deməyi bacarmayan, istəmədən gülən... Sayənizdə olmadım! Ya da doğulandan beləymişəm. Sadəcə xarakterim püxtələşib. Aldığım sevgilər və zərbələrdən yaranan naxışlar sayəsində...".

Qeyd edək ki, Aygün Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qızıdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər