Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi Nurselin videosunu paylaşaraq doğum gününü qeyd etməyəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, oğlu Əlini itirən xalq artisti nəvəsi ilə bağlı bu sözləri qeyd edib: "Nurel balam, əfsuslar olsun, sənin doğum gününü qeyd etməyəcəm. Allah səni və bütün körpələrimizi qorusun. Ad günün mübarək olsun, həyatımın açan çiçəkləri..."
Xalq artisti nəvəsini təbrik edənlərə də təşəkkür edib: "Əzizlərim, hər birinizə minnətdarlığımı bildirirəm. Sizin sevginiz mənə ayaqda qalmaqda böyük dəstəkdir. Allah sizləri mənə çox görməsin, uca tanrım sizləri qorusun".
Qeyd edək ki, Nazpəri Dostəliyevanın iki oğlu var. Oğlu Əli bir neçə ay əvvəl vəfat edib.