Xalq artisti Röya Ayxan Türkiyənin məşhur mahnısını repertuarına daxil edib.
Teleqraf.com xəbər verir ki, sənətçi Azərbaycanda mərhum əməkdar artist Zöhrə Abdullayevanın ifası ilə populyarlaşan “Tövbə” mahnısını səsləndirib.
Bəstənin hələ Zöhrə Abdullayevanın sağlığında duet şəklində oxunması planlaşdırılsa da, əməkdar artist vəfat etdiyindən Röya Ayxan “Tövbə”ni solo ifa edib.
Bəstənin müəlliflik hüquqları ilə bağlı Hakkı Buluta müraciət olunub, icazəsi alınıb. Mahnı bütün musiqi platformalarında paylaşılıb.
Qeyd edək ki, “Tövbə”ni Türkiyədə Kibariyə, müəllif olan Hakkı Bulut və başqaları oxuyub.
Zöhrə Abdullayeva isə sözügedən mahnını 1995-ci illərdə ifa edib.