17 Dekabr 2021 13:44
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov “Əvəzsizim” adlı mahnıya çəkdirdiyi klipini tamaşaçılara təqdim edib.

Teleqraf.com xəbər verir ki, bəstənin sözləri Orxan Qarabasmaya, aranjemanı Samir Şirinova, musiqisi isə Zamiqin özünə məxsusdur.

Süjet xətti iki gəncin isti sevgi münasibətindən bəhs edən ekran işi Quba şəhərində lentə alınıb. Zamiq bu dəfə klipinin rejissorluğunu Emin Muradova həvalə edib.


Müəllif: Teleqraf.com