20 Dekabr 2021 14:54
2 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məkanların birində oğlu Loğmana toy edən müğənni Nadir Qafarzadə Teleqraf.com-un suallarını cavabladırıb:

- Bu gün oğlunuzun toy mərasimidir. Toy hazırlıqları necə gedir?

- Bəli, oğlumun toy mərasiminə hazırlaşırıq. İki aydır ki, həyəcan var. Əslində sənət dostlarıma da əziyyət vermək istəmirdim, sıradan bir toy mərasimi etmək və tanınmayan bir müğənniyə ifa etməyi tapşırmışdım. Elton Hüseynəliyev, Hüseyn Məmmədoğlu zəng etdi ki, oğlunun toy mərasimini aparacağıq. Mənim də azdan-çoxdan hörmətim var, bunu qoruyub saxlamışam. Hər kəsin toy mərasimində canla-başla iştirak etmişəm. Düşünürəm ki, onlar da mənə bunu qaytarmaq istəyirlər. Sağ olsunlar. Sənət dostlarım gələcəklər. Düzdür, bir az çətinlik oldu, dəvət etmədiyim qonaqlar da zəng edirlər ki, toya gələcəyik. Ona görə restoranda ikinci mərtəbədə də yer ayırtdırdım. Heç bir məhdudiyyət yoxdur. Amma zalda 150 nəfərdən artıq adam olmayacaq. Qanun hamı üçün qanundur. Məclisdə oxuyacağam, toy mərasiminin açılışında "Oğlum evlənir" adlı mahnımı ifa edəcəm. Bu mahnımı həyat yoldaşım da çox sevir. Məclisdə həyat yoldaşım da, mən də əyləşməyəcəm. Qonaqlarımın qulluğunda duracam, mən çox diqqət edən insanam.

- Oğlan və qız toyunu birlikdə edirsiniz?

- Qız tərəfindən çox az adam var. Amma mənim dostlarım, sənət adamları, tanışlarım çoxdur. Neçə illərdir ki, mən də onların məclisində iştirak etmişəm. İsveçrədən oğlumun qrup yoldaşları, Rusiyadan və Türkiyədən həkim tanışlarım gələcəklər. Yəni hər kəs gəlmək istəyir. Mən heç kimə deyə bilmərəm ki, gəlməsin, ayıbdır. Ona görə də iki zal ayırası olduq.

- Oğlunuz sizdən ayrı yaşayacaq?

- Bəli, ev almışam. Toy mərasimindən birbaşa öz evlərinə gedəcəklər.

- Gəlininiz bankda çalışır. Oğlunuz ailə qurduqdan sonra işləməsinə etiraz etməyəcək?

- Bəli, əlbəttə ki, gəlinim işləyəcək. Gənclər əməyə, zəhmətə alışsınlar. Biz də onların yanındayıq. Onlar öz həyatlarını qurmalıdırlar. Gəlinim gözəl və savadlı xanımdır. Hər ikisi mənim övladımdır. Mehriban olsunlar, bir-birini anlasınlar. Mən onsuz da onlarla yaşamayacağam. Məsələn, bir gün evdə yemək olmaya, bir gün isə soyuducu dolu ola bilər. Bu həyatdır. Hər boş şeydən ötrü mübahisə etmək olmaz. Söz-söhbət yaratmasınlar. Biz həyatə belə yaşamışıq, yıxıla-yıxıla, dura-dura... Təbii ki, onlar bizim çəkdiklərimizi yaşamayacaqlar. Onların yanında biz varıq. Xoşbəxt anlarında da başları firlanmasın. Bu həyatdır və hər şey ola bilər. Çox xoşbəxt olsunlar. Yetər ki, peşmanlıq olmasın, biz də baxaq sevinək. Allah bütün gəncləri xoşbəxt eləsin, içində də bizimkiləri.

- Oğlunuzun toy mərasimi mediayaya açıq olacaqmı?

- Mətbuata açıq olmayacaq. Heç kimə qadağa yoxdur. Sadəcə müğənni açıqlama vermək istəyirsə, foyedə verə bilər. Oğlumun da xasiyyəti budur. Əlbəttə ki, görüntülər olacaq, amma sırf televiziyadan gəlib görüntü çəksinlər, yox. Pis çıxmasın sıradan insan deyiləm, toy mərasimindən də görüntülərin yayılmasında problem ola bilməz.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər