22 Dekabr 2021 14:37
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elə bil ölkədə yalnız mənim oğlum boşanıb".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Mətanət İsgəndərli MTV Azərbaycan kanalında yayımlanan "Tarixin bir günü" verilişində deyib.

Müğənni oğlunun boşanması haqqında yayılan xəbərlərə etirazını bildirib: "Minlərlə boşanan var, təkcə bunu böyük hadisə etdilər. Çoxları da elə bilirlər ki, mən edirəm. Bu mənə lazımdır?! Bir də görürsən ki, mənə yazırlar, bəsdirin! Mən yazıq nə edirəm ki?

Bu haqda danışmaq istəmirəm. Bunu edənlər edirlər, nə məqsədlə edirlər, Allah bilsin. Nəvələr yanımdadır, şükür Allaha, hər şey yaxşıdır. Hər şeyi zaman göstərəcək".

Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərim Canana adlı qadınla evli olub. Onların üç övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər