Müğənni və teleaparıcı Vüsalə Rəcova İstanbulda çəkdirdiyi klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, “Getmə” adlanın mahnının söz və musiqisi Rəşad Bağırova məxsusdur. Ekran işini mətbuatla paylaşan müğənni maraqlı açıqlamalar verib. O, klipi Kənan M.M-in ona hədiyyə etdiyini bildirib.
“Kənanla dostluq münasibətlərimiz uzun illərə söykənir. “Sevməyi öyrədim” mahnımı ekranlaşdırmaqla, o, klip çəkməyəcəyi ilə bağlı məhdudiyyətini götürdü. Yeni klipi isə mənə dost hədiyyəsi etdi. Təmənnasız çəkdi. Çəkilişlər İstanbulda oldu. Məkanlar “Fatih Harbiyə”dəki Macitin villası və şəhər içində, alış-veriş mərkəzlərində oldu”.
Rüstəm