18 Noyabr 2014 20:26
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur kino ulduzları Robert De Niro və Cennifer Lourens yenidən çəkiliş meydançasında olacaqlar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Hollivud ulduzu De Niro rejissor Devid O.Rasselin "Coy" adlı filmində birlikdə rol alacaqlarını bildirib.

Film amerikalı evdar qadın və tənha ana Coy Manqanoya həsr olunacaq. Manqano 90-cı illərdə "Miracle Mop" aparatını ixtira etməklə, Amerikanın ən uğurlu biznes-ledilərindən birinə çevrilib. Sonrakı illərdə Manqano daha bir neçə məişət texnikasını ixtira edərək milyonlarla dollar pul qazanıb.

Onun adı dünyanın ən kreativ 100 biznesmeni siyahısındadır. Robert De Niro isə filmdə Coy Manqanonun atası obrazını canlandıracaq.

Rüstəm


Müəllif: