31 Dekabr 2021 14:29
5 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova Xəzər televiziyasında yayımlanan "Səhər Mərkəzi" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova Yeni il arzularını dilə gətirib: "Şaxt Babadan sülh, mehribaçılıq, firavanlıq, sevgi və eşq istəyirəm. Dünyanı xilas edən sevgidir".

Xalq aristi layihələrinə çox pul xərclədiyini də etiraf edib: "Bahalı maşın istəyəndə pul tapa bilmirəm, amma layihəmə pul tapıram".

Verilişin aparıcısı Afaq Gəncəli xalq artisti haqqında etirafı ilə diqqət çəkib: "Məndən soruşurlar ki, niyə Aygün Kazımovanı çox istəyirsən? Hətta sözün yaxşı mənasında qısqananlar da var. Aygün Kazımova o qədər gözəl dostdur. Bir insan dostluğu bacarırsa, onda sədaqət, mərdlik, insanlıq və ürək var. Hər adamda sədaqət və mərdlik yoxdur. İndi cavabınızı aldınız?!"



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər