31 Dekabr 2021 16:02
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər televiziyasında yayımlanan "Komedixana" verilişi Türkiyə mətbuatında yayımlanıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb türkiyəli jurnalist Məhərrəm Sarıkayanın canlı yayımda səs problemini həll etməyə çalışan İHA operatoru Ahmet Dəmirə şillə vurması hadisəsinin "Komedixana" şou proqramında yer alması olub.

Verilişdə Məhərrəm Sarıkayanın canlı yayım zamanı İHA operatoruna şillə atması maraqlı şəkildə müzakirə olunub.

Qeyd edək ki, hadisə Məhərrəm Sarıkayanın Qaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahinlə müsahibəsi zamanı yaşanıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər