Əməkdar artist Nərgiz Cəlilova nəvəsinin üzünü göstərib.
Teleqraf.com xəbər verir ki, Nərgiz Cəlilova əcnəbiyə ərə gedən qızı Nərminin övladının fotosunu İnstaqramda paylaşaraq bu sözləri yazıb:
“Əziz dostlar, həyatımın ən böyük hədiyyəsi olan nəvəmlə birgə Yeni ilinizi ürəkdən təbrik edirəm. Azərbaycanımıza əmin-amanlıq, ailələrinizə səadət, hər birinizə can sağlığı, uzun ömür, sevgi dolu bir il arzulayıram. Qoy, Yeni ildə dilədiyiniz bütün arzularınız həyata keçsin”.