Müğənni Nadir Qafarzadə Xəzər televiziyasında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə oğlu Loğmanın toy mərasiminə gəlməyən həmkarlarından danışıb:
"Qız tərəfdən çox az adam olduğuna görə toyu tək etmək istəmədilər, bizə qoşulmaq istədilər. Mənim gözüm qapıda idi. Buradan dostlarıma demək istəyirəm ki, bəziləriniz hədiyyə göndərdiniz. Bu mənim üçün önəmli deyildi. Sizin özünüz mənim üçün önəmli idiniz. Mən sizi gözlədim.
Damlanın toyuna getməmişəm, amma sağ olsun, gəldi sona qədər oturdu. Mən bazar ertəsi etdim ki, işiniz olmasın. Siz də sağ olun, paketə pul qoydunuz, göndərdiniz. Oğlumun toyunda dostlarımı tanıdım, "qara siyahı" yoxdur, amma tanıdım ki, kim kimdir. Kimə daha çox addım atmaq lazımdır. Ruhəngiz Allahverdiyeva məndən inciyib, "vatrsap"ı açın, oxuyun. Ay yarım əvvəl sizi dəvət etmişik. Sizi dəvət etməyə bilməzdim".
Müğənni gəlininə münasibətindən də danışıb: "Gəlinimə xoş olsun deyə gülün hansı rəngdə olduğunu belə ondan soruşurdum. Atasızlığı hiss etməsin. Oğlumu tanıdığım üçün gəlinimə dedim ki, sənin yanında əsl Azərbaycan kişisi var, ona güvən".