6 Yanvar 2022 11:44
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Keçən il bayram etmədim, qızıma da başa saldım ki, bizə görə canından keçən igidlərimizin ailəsi, balası gözüyaşlıdır, onlara görə edə bilmərik, onların xatirəsinə hörmət etmək borcumuzdur, acıları acımızdır!".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə İnstaqram səhifəsində qeyd edib:

"O ailələrə pay hazırladıq, o körpələri sevindirdik, ağıllı balam o qədər xoşbəxt oldu ki… Bu il Allahım belə məsləhət bilib, elə bir acı yaşatdı ki, mənim də canını, həyatını vətənə qurban verən igidim həyatımın rəngini soldurdu, bayramlarım sıradan gün oldu, həyatım adi nəfəs döyüntüsünə döndü… Kimsə yaşamayacaq bu acını? Təbii ki, yaşayacaq… Kimsə ölümsüz əbədidir? Əsla! Heç bir bəniadəmin dəyişə bilməyəcəyi həyat oyunu… Amma durmadan gedən həyatla ayaqlaşıb, dərdimiz, qubarımız bir ömür ürəyimizdə davam edirik, məcburuq dik durmağa, gülümsəməyə, nə baş verdiyini hələ də bilməyən balalarımıza görə... Ürəyimin ən böyük yarasını dondurdum, bu günahsızlar üçün, təki sizin üzünüz gülsün, xoşbəxt böyüyün. Sizə canım qurban".

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı, Dövlət Sərhəd Xidmətinin zabiti qardaşı Əlihüseyn Əlizadə avtomobil qəzasında dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər